Paşinyan Sarkisyanı BQ rəisinə görə bağışlamır| Bəs Sent-Kits və Nevis vətəndaşlığı fırıldağı necə olacaq?

2021/03/image-1614668159.jpg
Oxunub: 7789     17:52     25 Yanvar 2022    
Yanvarın 24-də axşam “Facebook”da keçirdiyi mətbuat konfransında Nikol Paşinyan Ermənistan prezidenti Armen Sarkisyanın istefasına toxunub. O bildirib ki, istefanın açıqlanmasından 3 saat əvvəl Sarkisyan onunla əlaqə saxlayan zaman belə bir vəziyyətdən xəbərdar olub.

Paşinyan bəyan edib ki, prezident Sarkisyanın istefası onun üçün sürpriz olub. Eyni zamanda, Nikol Paşinyan mövzuya, xüsusən də yeni prezidentin seçilməsi, mümkün namizədliyə toxunaraq, kifayət qədər diqqətçəkən “etiraf” edib.

Xüsusilə qeyd edib ki, hökumət, parlament, parlamentin seçdiyi prezident arasında siyasi harmoniya olmalıdır. Paşinyanın fikrincə, bu, xüsusilə nəzərəçarpacaq çətinliklərlə üzləşən Ermənistanda mümkündür. Nikol Paşinyan ötən il Baş Qərargah rəisinin iştirakı ilə məlum siyasi böhranı misal çəkdi, onun sözlərinə görə, dövlətçiliyin itirilməsi təhlükəsi var idi.

Bununla da Paşinyan faktiki olaraq Armen Sarkisyanın Baş nazirin “üsyançı” Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərmək qərarını imzalamadığı vəziyyətə eyham vurub.

Xatırladaq ki, həmin vaxt Sarkisyan Baş Qərargah rəisinin istefaya göndərilməsindən imtina etmişdi. Vəziyyət Konstitusiya Məhkəməsinin qərarı ilə həll oldu. Lakin Paşinyan qeyd edir ki, bu nümunə hökumət, parlament və prezident harmoniyasının olmayacağı təqdirdə, hansı çətin böhran vəziyyətlərinin ola biləcəyini göstərdi. Faktiki olaraq Nikol Paşinyan Armen Sarkisyanı 2021-ci ildə yaranmış vəziyyətdə “uyğunsuz” hərəkət etməkdə və böhranı dərinləşdirməkdə ittiham edib.

Bir tərəfdən Paşinyan Sarkisyanın istefasının onun üçün sürpriz olduğunu qeyd etsə də, digər tərəfdən kifayət qədər şəffaf şəkildə onunla siyasi “diharmoniya” faktını göstərir. Və təbii ki, daxili münasibətlər sahəsində onun metastazlarının olmaması hiss oluna bilməzdi.

Təbii ki, bu, Armen Sarkisyanın sözün hərfi mənasında istefaya getməyə məcbur olması demək deyil, lakin digər tərəfdən bənzər qənaətə gəlməyə əsas verir. Armen Sarkisyanın ya hökumətlə və parlamentin əksəriyyəti ilə tam uyğunlaşmaqdan, ya da sadəcə olaraq “konstitusiya üçbucağı”ndan onun üçün daha nəzərəçarpan başağrısına çevrilənə qədər çıxmaqdan başqa çarəsi qalmamışdı.

Sarkisyanın istefasından təxminən bir saat sonra beynəlxalq jurnalist araşdırmasının bir hissəsinin erməni mətbuatında yer alması olduqca diqqətəlayiqdir. Burada deyilir ki, Ermənistan prezidenti olduğu müddətdə Armen Sarkisyanın Sent-Kits və Nevis vətəndaşlığı olub və bu vətəndaşlığı o ölkəyə sərmayə yatırmaq müqabilində alıb.

Məlum olduğu kimi, başqa ölkənin vətəndaşı Ermənistan prezidenti ola bilməzdi. O zaman deyirdilər ki, Armen Sarkisyanın Britaniya vətəndaşlığı var. Üstəlik, bu barədə hələ də müxalifətçi deputat Nikol Paşinyan danışırdı. Paşinyan baş nazir olduqdan sonra Armen Sarkisyanın nə vaxtsa Britaniya vətəndaşlığından imtina etdiyinə əmin olduğunu bəyan edib. Bu fakt istintaqla da təsdiqlənir, amma əslində adı az tanınan, lakin Ermənistan qanunları, konstitusiyası ilə heç də az problemi olmayan başqa bir vətəndaşlıq məsələsini gündəmə gətirir. Maraqlıdır, görəsən Prezident Sarkisyanın istefası məsələsində bu hadisənin rolu olub?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Sarkisyan  


Bizi "telegram"da izləyin